Tibbi Nümayəndə

İşin təsviri

Vias Medical Tourism MMC haqqında

Vias Medical Tourism 2006-cı ildən etibarən xaricdə səhiyyə xidmətləri sahəsində fəaliyyət göstərən şirkətdir. İstanbulda fəaliyyət göstərən və öz sahəsində böyük təcrübəyə sahib olan ilk sağlıq turzim şirkətlərindən olan Viasın təsisçiləri də məhz həkimlərdən ibarətdir və tərkibində həkimlərdən ibarət qrup mövcuddur.

Tibbi Nümayəndə

Əmək funksiyaları:

• Gündəlik tibbi müəssisələri və həkimləri ziyarət etmək;
•  Klinikaları və həkimləri tanımaq, işgüzar əlaqələr qurmaq;
•  Həkimlərlə əməkdaşlıq yaradıb pasient göndərişlərini təmin etmək;
•  Şirkətin xidmətlərini düzgün qaydada təqdim etmək;
•  Müəssisələr və həkimlərlə davamlı əlaqələrin təmin edilməsi;
• Görüşlər haqqında məlumatların qeyd olunması və rəhbərliyə təqdim olunması;
• Gündəlik və aylıq hesabatların vaxtında verilməsi;

Tələblər:

• Ali təhsil;
• Azerbaycan dilini bilməli, Rus dili arzuolunandır;
• Hərəkətli iş rejimində işləmək bacarığı;
• Xarici görünüşünə diqqət edən;
• Ünsiyyət yaratmağı bacaran;
• Razı salma qabiliyyəti yüksək olan;
• Fikirlərini aydın şəkildə çatdıra bilən şəxslərə üstünlük verilir;
• Microsoft Office proqramlarında sərbəst və sürətli işləmək bacarığı;
• Tibb, əczaçılıq sektorunda ən azı 1 il iş təcrübəsinin olması.
 
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  [email protected]  ünvanına göndərmələri xahiş olunur. 

Tel: +994 12 310 34 60