Mühasib köməkçisi
Vəzifə öhdəlikləri:
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
- Sənədlərlə işləmək (müqavilə, aktlar,təhvil-təslim və sair kargüzarlığa aid sənədlər)
- Müəssisənin rəhbərlərinin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verib, qeydiyyatlarını rəsmiləşdirmək
- Xaric olan sənədlərin ünvana çatdırılmasına nəzarət etmək, daxil olan sənədləri müvafiq strukturlara çatdırmaq
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
Tələblər
- Müvafiq sahədə ali təhsil
- Yaş həddi: 25-35 yaş
- Azərbaycan və rus dilini bilməli
- Əmək məcəlləsi və vergi məcəlləsi ilə tanış olmalı
- MS Office və 1C proqramları üzrə biliklər
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı
- Sumqayıt qeydiyyatlı namizədlərə üstünlük verilir
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İş yeri Sumqayıt şəhərində yerləşir
- Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər
- İşçi korporativ nömrə və naharla təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
- İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır
Əmək haqqı: 400 AZN
Maraqlananlar öz şəkilli CV formalarını [email protected] ünvanına göndərə bilər.
Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və CVnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.