Peşəkar Fotoqraf (Kənd təsərrüfatı ilə bağlı layihə)

  • British Council
  • Elanın qoyulma tarixi: 21.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Peşəkar Fotoqraf (Kənd təsərrüfatı ilə bağlı layihə)

2016-cı ilin sentyabr ayından BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı kəməri və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə British Council tərəfindən icra edilən AVEDNO (Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması) layihəsinin ikinci fazasında Meyvə ustası və Tərəvəz ustası ixtisasları üzrə 7 yeni modul tipli dərs vəsaitinin hazırlanması nəzərdə tutulub.

7 yeni  modulun hazırlanması üzrə artıq kənd təsərrüfatı ekspertləri müəyyən edilmişdir və bu elan modullarda istifadə olunacaq fotoların çəkilməsi üçün peşəkar fotoqrafın seçilməsi ilə bağlı təqdim edilir.

İşin təsviri:

Seçilmiş fotoqraf 2017-ci ilin dekabr ayından 2018-ci ilin iyul ayına qədər bir neçə dəfə regionlara səfər edəcək və qabaqcadan razılaşdırılmış kənd təsərrüfatı məkanlarında tələb olunan obyektlərin foto çəkilişini həyata keçirəcək. Bu prosesdə fotoqrafa modul müəllifləri də öz dəstəyini göstərəcəklər. Çəkilmiş fotolar sonradan dərsliklərdə və təlim materiallarında istifadə olunacaqlar. Fotoların sonradan müəlliflik və istifadə hüquqi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə veriləcək, ancaq foto müəllifinin adı müvafiq modulda qeyd ediləcək.

Xidmət haqqı:

Hər səfər üçün səfər günündən asılı olaraq gündəlik ümumi məbləğ ödəniləcək ki, buraya da fotoqraflıq xərcləri ilə yanaşı, fotoqrafın səfər, yaşayış və digər xərcləri də daxil ediləcək. Müraciət edən şəxslərin hər səfər günü üçün gözlədiyi məbləği qeyd etməyi tələb olunur.

Əgər bu elanla bağlı müraciət etmək istəyirsinizsə, xahiş olunur ki, növbəti məlumatı bizə 30 noyabr 2017-ci il tarixi, Bakı vaxtı ilə saat 23:00-dan gec olmayaraq [email protected] e-mail ünvanına göndərəsiniz.

- CV (PDF formatında)
- Fotoqraf fəaliyyətinizlə bağlı 300 sözədək olan məlumat (PDF formatında)
- Onlayn mövcud portfolionuza keçid linkləri (Kənd təsərrüfatı üzrə fotoların olması arzuolunandır)
- Hər səfər günü üçün gözlədiyiniz məbləğ (Vergilər daxil Azərbaycan manatı ilə)

Seçim zamanı bu sahədə təcrübəsi olan və daha münasib maliyyə təklifi verən şəxs və ya şəxslərə üstünlük veriləcək.