Qiymətli kağızlar bazarı üzrə Mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 16.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Qiymətli kağızlar bazarı üzrə Mütəxəssis

Tələblər:

1. Maliyyə, İnvestisiyaların idarəedilməsi  və ya İqtisadiyyat üzrə bakalavr və ya magistr təhsili;
2. İnvestisiyaların idarəedilməsi və ya digər maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərdə iş təcrübəsinin olması arzuolunandır;
3. Maliyyə, investisiyalar və qiymətli kağızlar sahəsində mükəmməl nəzəri baza;
4. Azərbaycan və İngilis dillərində səlis danışıq və işgüzar kommunikasiya qabiliyyəti ;
5. İş fəaliyyətində nizam-intizam;
6. Şirkətdaxili ünsiyyət zamanı peşəkarlığa riayət;
7. Yüksək səviyyədə Excell bilikləri və müxtəlif statistik proqramlarda işləmək bacarığı;
8. Çevik öyrənmə, detallı araşdırma və yüksək analitik qabiliyyətlər;
9. Maliyyə üzrə kvalifikasiyalara malik olma və ya hazırlaşmaq (CFA) üstünlükdür.

İşin qısa təsviri:

1. Qiymətli kağızlar bazarında yeni alət və yeni ticarət növlərinin tətbiq edilməsi istiqamətində araşdırmalar aparır;
2. Qiymətli kağızlar sahəsində mövcud qanunvericiliyin müddəalarını əsaslı şəkildə mənimsəyir və işində rəhbər tutur;
3. Şirkətin fəaliyyəti və ticarətin təşkilinin təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə təkliflər verir;
4. Şirkətlərin maliyyə hesabatlarına əsasən maliyyə vəziyyətinin ilkin qiymətləndirməsini aparır;
5. Qiymətli kağızlarla gündəlik əməliyyatları yerinə yetirir;
6. Yaranmış texniki və digər problemlər barədə rəhbərliyi operativ şəkildə məlumatlandırır, partnyor şirkətlərlə əlaqəni kordinasiya edir və məsələni nəzarətdə saxlayır;
7. Rəhbərliyin tapşırığı əsasında müxtəlif məqsədlər üçün dolğun arayış hazırlayır;
8. Gündəlik və həftəlik hesabatların hazırlamasında iştirak edir;
9. Təyin edilən görüşlərdə, iclaslarda şirkəti təmsil edir;
10. Daxil olan sorğu və zəngləri cavablandırır;
11. Rəhbərlikdən gələn digər göstərişləri icra edir.

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.