Satış Məsləhətçisi

  • Good Group
  • Elanın qoyulma tarixi: 13.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanda pərakəndə satış sahəsində fəaliyyət göstərən şirkətin Ticarət mərkəzlərində birində yeni açılmış uşaq geyimləri, aksesuarları və ayaqqabıları mağazasına Satış Məsləhətçisi vakansiyası üzrə işçilər tələb olunur.
 
Vəzifə öhdəlikləri:

• Şirkətin daxili qayda  və prosedurlarına ciddi riayət etmək
• Məhsullar haqqında ətraflı məlumatları öyrənmək və müştərilərə yüksək səviyyədə təqdim etmək
• Mağazanın satışları ilə bağlı kampaniyalar haqqında məlumatlı olmaq və hər bir müştəriyə aydın şəkildə çatdırmaq
• Məhsulların üzərinə qiymətləri və təhlükəsizlik cihazını yerləşdirmək
• Malları rəflərə və asılqanlara səliqəli şəkildə yığmaq
• Mağaza daxili təmizlik qaydalarına riayət və nəzarət etmək
• Yeni malları müvafiq vaxt çərçivəsində satış üçün hazırlamaq
• Müştərilər ilə etik qaydalara riayət etməklə ünsiyyət qurmaq
• Mağazaya təşrif buyurmuş müştəriləri qarşılamaq, onların istəklərini öyrənməklə məhsullar haqqında ətraflı və dolğun məlumat vermək
• Tələb olunduqda müvafiq təlimlərdə iştirak etmək
 
Tələblər:

• Yaş:  18-30
• Azərbaycan və rus dili bilikləri mütləqdir, İngilis dili üstünlükdür
• Kollektivdə işləmək bacarığı
• Satış sahəsində 1 ildən 3 ilədək iş təcrübəsi (uşaq mağazaları üstünlükdür)
• Ünsiyyət qurma bacarığı
• Müştəri yönümlülük
• Aktiv, çevik, təşəbbüskar, məsuliyyətli
• Stressə davamlılıq
• İşində dəqiqlik
• Nizam intizamlı
• Ali təhsil üstünlükdür

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Növbəli iş rejimi, həftədə 1 istirahət günü
• Əmək haqqına əlavə gündəlik və aylıq bonuslar (satışdan asılı olaraq)

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 14.12.2017 tarixinədək mövzu sətirində “Satış Məsləhətçisi” qeyd edərək CV-lərini [email protected] electron poçt ünvanına göndərsinlər.