Tibbi Assistans Xidməti üzrə Məsləhətçi

  • Life Assist
  • Elanın qoyulma tarixi: 07.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tibbi Assistans Xidməti üzrə Məsləhətçi

Vəzifə öhdəlikləri:

 Növbətçilik ərzində daxil olan zənglərin cavablandırılması
 Sığortalı müştərilərə telefonla konsultasiya verilməsi
 Sığorta olunmuş şəxslərə tibbi sığorta ilə bağlı məsləhətlərin və tövsiyyələrin verilməsi
 Sığorta olunanların hüquqları, öhdəlikləri və vəzifələrinin izahı
 Sığorta hadisələri üzrə müraciətlərin tənzimlənməsi
 Sığorta olunmuş şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçiminə kömək
 Sığorta olunanların hospitalizasiyasının təşkili
 Məlumat bazasına müraciətlərin və müvafiq məlumatların daxil edilməsi

Təhsili : Ali tibbi təhsil olmalıdır.

İş təcrübəsi, bilik və bacarıqlar:

 Tibbi və ya sığorta sektorunda təcrübə məcburidir.
 Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini orta səviyyədə (intermediate) bilməlidir.
 Müştərilər ilə asan kommunikasiya yaratma bacarıqları, çalışqanlıq, təmkinlik, diqqətlik, komandada çalışma bacarıqları olmalıdır.

İş şərtləri:

Qrafiklə;
 Gündüz növbəsi
 Gecə növbəsi
 Növbə seçimi namizədin istəyinə əsasən qərarlaşdırılacaqdır.

Qeydlər:

 İlk öncə iş elanı ilə ətraflı tanış olun.
 CV formanızın Word və yaxud PDF formatında olması məqsədə uyğundur.
 Tələblərə uyğunluq təşkil edən namizədlərlə əlaqə saxlanılacaq.
 E-mailin mövzu hissəsində vakansiyanın adını mütləq şəkildə qeyd edin.

Qeyd olunmuş kriteriyalara uyğunluq təşkil edən namizədlər CV formalarını  [email protected] ünvanına göndərə bilər.