Satış Məsləhətçisi

  • Libraff
  • Elanın qoyulma tarixi: 06.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

LİBRAFF MMC (kitab, elektronika, oyuncaq, aksessuar) yeni açılacaq dükanlar üçün Satış Məsləhətçisi vakansiyasını elan edir.

Vəzifələr:

• Müştəriləri qarşılamaq, onların suallarını cavablandırmaq;
• Gələn müştərilərə mallar haqqında ətraflı məlumat vermək, məhsul seçimində müştəriyə köməklik etmək, kampaniyalar haqqında məlumatlandırmaq;
• Müdiriyyətin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
• Şirkət tərəfindən qoyulan daxili qaydalara riayət etmək;
• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək;
• Tələb olunduqda kassa əməliyyatlarını bilmək/öyrənmək;
• Təsdiqlənmiş həftəlik iş qrafikinə əsasən vaxtı vaxtında işə gəlmək;
• Mağazada təmizliyi və səliqəni qorumaq;
• Tələb olunduğu halda mağazanın iş saatlarının xaricində aylıq inventarizasiyalarda iştirak etmək;
• Qəbul edilən malların düzülüş qaydalarına əsasən müvafiq yerlərinə düzmək;
• Təsdiq olunmuş qiymət kağızlarını məhsulların üzərinə yerləşdirmək;

Tələblər:

• Ali təhsil
• Azərbaycan və rus dillərini yüksək səviyyədə, ingilis dilini danışıq səviyyəsində bilmək arzu olunandı
• Xarici görünüşə önəm vermək, dress-koda riayət etmək (satış məsləhətçisi səliqəli, təmiz geyimdə və gülərüz olmalı)
• Müştərilərlə işləmək bacarığı
• Aktiv, ünsiyyətcil
• İşə qarşı məsuliyyətli
• Komandada işləmə bacarığı
• Gərgin iş qrafikində işləmək bacarığı
• Satış sahəsində təcrübə olması arzuolunandır

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
•  6 günlük iş rejimi, 1 gün istirahət;
• Aylıq əmək haqqı + nahar xərcləri + satışdan bonus.

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış məsləhətçisi” qeyd edərək öz CV lərini - [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi