Müştəri xidmətləri Mütəxəssisi

  • AGAT- R LLC
  • Elanın qoyulma tarixi: 31.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Müştəri xidmətləri Mütəxəssisi
 
Namizədə qarşı tələblər:

Ali təhsilinin olması;
Yüksək ünsiyyət qabiliyyətinin olması;
Gülərüz, səbirli və mehriban olması;
Azərbaycan və Rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması (İngilis dili biliyi üstünlükdür);
Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;

İşin təsviri:

Şəbəkəyə daxil olan mağazaların satışlarını analiz etmək, götürülən sifarişlərin düzgünlüyünü yoxlamaq, səhvlər barəsində mağaza menecerlərinə məlumat və xəbərdarlıq etmək;
Müştərilərin şikayət və təkliflərinin qəbul olunması, daxil olan zənglərin, e-maillərin və məktubların cavablandırılması
Problemli sifarişlərin araşdırılması, müştərilərə telefon vasitəsilə və ya lazım gələrsə fərdi görüşlərin keçirilməsi yolu ilə problemlərin həlli yollarını tapmaq;
Sosial şəbəkədə müştərilərlə əlaqədə olmaq, SMM planına uyğun olaraq gündəlik paylaşımların edilməsi;
Yeni aksiyalar, endirimlər, məhsullar və yeniliklər barədə müştərilərə məlumatların verilməsi;
Sifarişlər, müştərilər barədə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması.
 
İş qrafiki həftə içi 5 gün 10:00-dan 18:00-dək, şənbə 10:00-dan 14:00-dək (qısa gün).
Əmək haqqı: 600 AZN

Maraqlı şəxslər mövzu yerinə “Müştəri xidmətləri mütəxəssisi” yazaraq CV-lərini [email protected] ünvanına göndərə bilərlər.