Təlim Koordinatoru

İşin təsviri

Octagon Təlim Mərkəzi Təlim Koordinatoru vakansiyasını elan edir.

Tələblər:

 Ali təhsil;
 Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmalı, Rus və ya İngilis dilini yaxşı səviyyədə bilməli;
 MS Office proqramlarında sərbəst işləmək bacarığına sahib olmalı;
 Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
 Yüksək etik peşəkar və davranış keyfiyyətlərinə malik olmalı;
 Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmalı.

Vəzifə öhdəlikləri:

 Təlim proqramlarını hazırlamaq, müvafiq materialları təcümə etmək;
 Təlim, seminar və digər proqramları təşkil etmək;
 Müştərilərin cəlbi üzrə tədbirlər həyata keçirmək;
 Tələbələr arasında PR aksiyaların keçirilməsini təmin etmək;
 Çarpaz satışları həyata keçirmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 oktyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təlim koordinatoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Qeyd edilən şərtlər daxilində nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.