SƏTƏM üzrə Baş Mütəxəssis

İşin təsviri

Şirkət: Şahdağ Turizm Mərkəzi QSC

Vəzifə: SƏTƏM üzrə Baş Mütəxəssis

• Sağlamlıq,Təhlükəsizlik və Ətraf Mühit Siyasəti və Ümumi SƏTƏM təlimat planına əsasən hərəkət edir.
• Təhlükənin müəyyənləşdirilməsi və tapşırıqla bağlı risklərin qiymətləndirilməsini həyata keçirir.
• Bədbəxt hadisə/hadisə,qəzaya yaxın hal və peşə xəstəliyi üzrə təhqiqatı aparır.
• Fərdi mühafizə vasitələrinin daima hazır vəziyyətdə olmasına nəzarət edir.
• Qida və gigiyena normalarına riayət edilməsinə nəzarət edir.
• İsti işlərin (açıq alov) aparılması zamanı təhlükəsizlik normalarına riayət olunmasına nəzarət edir.
• Yanğın və təxliyyə,Əlverişsiz hava şəraiti zamanı prosedura əsasən müəyyən tapşırıqları verir.
• İşçi heyətinin müəssisədaxili intizam qaydalarına riayət edilməsinə nəzarət edir.
• Gündəlik,həftəlik və aylıq SƏTƏM yoxlamalarına aid hesabatları tərtib edir.

Əsas vəzifələri:

Tələb olunur:
• Ali təhsil 
• Sağlamlıq, Əmək və Ətraf Mühitin Mühafizəsi sahələrində ən azı 2 il iş təcrübəsi
• MS Office Proqramları və Opera sistemində sərbəst işləmək bacarığı
• Azərbaycan dilini səlis bilməli Rus və İngilis dilinin bilinməsi arzuolunandır

Bacarıqlar:
• Təşkilati bacarıqlar,Təşəbbüskarlıq,Təzyiq altında işləmək bacarığı.
• İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.
• Ünsiyyət və münasibət qurma bacarığı,Məsuliyyətli və Pozitiv yanaşma.
• Diqqətli və səliqəli olmaq,Analitik düşüncə tərzinə malik olmaq.
• Xarici görünüşə daima fikir vermək.
• Strateji yanaşma və planlı düşüncə tərzi.Komanda ilə birgə işləmək bacarığı.
• Nəticəyə yönümlülük,vaxtın səmərəli idarəedilməsi bacarığı.
• Etibarlıq və təşkilatın kommersiya sirrinin gizli saxlanılması.

İş şəraiti:

1. İş rejimi – Həftədə 5 gün (8 saatlıq iş rejimi)
2. Şahdağ Turizm Mərkəzi (Ünvan: Qusar – Ləzə yolunun 29 – cu km – liyi)

Əgər mövcud vakansiya ilə maraqlanırsınızsa, sizdən CV - nizi [email protected]  ünvanına göndərməyiniz xahiş olunur.

Şahdağ Turizm Mərkəzi QSC tərəfindən digər vakansiyalar