Təlim Planlama Koordinatoru

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 21.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hazırda ATL Tech şirkəti “Təlim Planlama Koordinatoru” vakansiyası üzrə CV qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

Şirkətin strategiyasına uyğun olaraq əməkdaşlara  orta və qısamüddətli təlim planlaşdırma aparmaq və yeni təlim proqramlarını tədqiq etmək,
Təcrübəçilərin (tələbələr və ya məzunlar)  təlim və tədbirlərin təşkilini həyata keçirmək,
Təcrübəçiləri şirkətdaxili koordinasiya etmək,
Təlim iştirakçıları və təlimçini məlumatlandırmaq, sorğuları ilə məşğul olmaq;
Təlim öncəsi hazırlıq tədbirlərini yerinə yetirmək;
Təlim cədvəlinin, məlumat bazasının tərtib olunmasında köməklik göstərmək;
Təlimin keçirilməsinə nəzarət etmək, təlimlə bağlı müxtəlif ehtiyacları qarşılamaq və təlimdən görüntülər əldə etmək;
Təlimin nəticəsini və fəaliyyətini idarə etmək, bunun üçün metodlar hazırlamaq
Təlim sənədlərinin saxlanılmasına nəzarət etmək
Təlim strategiyasını inkişaf etdirmək

Namizədə olan tələblər:

Təlim metodologiyasını bilmək;
Yaxşı izah tərzi və səlis danışıq qabiliyyəti;
Müntəzəm mütaliəyə edən və araşdırma qabiliyyəti;
Yüksək səviyyəli ünsiyyət qurma bacarığı;
Yaş həddi 23-30
Dil bilikləri: azərbaycan, rus və ingilis mütləqdir

Şirkətin təqdim etdiyi üstünlüklər:
Korporativ nömrə
Mehriban kollektiv

İş qrafiki və Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.

Bu vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Təlim Planlama Koordinatoru ” qeyd etmək şərti ilə göndərə bilərlər.