Fərdi ekspertlər

  • British Council
  • Elanın qoyulma tarixi: 18.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Modul tipli dərs vəsaitlərinin yazılması üçün yerli kənd təsərrüfatı ekspertlərinin seçilməsi ilə bağlı elan (Fərdi ekspertlər)

DEADLINE: 2017-10-08

2016-cı ilin payızından BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı kəməri və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə British Council tərəfindən icra edilən AVEDNO (Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması) layihəsinin ikinci fazasında Meyvə ustası və Tərəvəz ustası ixtisasları üzrə 7 yeni modul tipli dərs vəsaitlərinin hazırlanması ilə bağlı British Council yerli ekspertlərin seçimini elan edir.

Xahiş edirik ki, əlavədə təqdim edilən Elanla ( British Council - AVEDNO layihəsi - ELAN - Kənd təsərrüfatı üzrə fərdi ekspertlər.doc )  tanış olun və əgər bu tenderdə iştirak etmək istəyirsinizsə dərhal [email protected] e-mail ünvanına niyyət məktubu göndərin.

Həmçinin xahiş olunur ki, sonrdan Ərizə Formasını ( British Council - AVEDNO layihəsi - ƏRİZƏ FORMASI - Kənd təsərrüfatı üzrə fərdi ekspertlər.doc ) öz CV-iniz ilə birgə 08 oktyabr 2017-ci il tarixi, Bakı vaxtı ilə saat 23:00-dan gec olmayaraq [email protected] e-mail ünvanına göndərəsiniz.