Libraff mağazalar şəbəkəsi (kitab, elektronika, oyuncaq, aksessuar) Bakı və Gəncə şəhəri üzrə satış məsləhətçisi vakansiyası elan edir.
Vəzifələr:
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
• Şirkət tərəfindən qoyulan prosedurları öyrənmək və daxili qaydalara riayət etmək;
• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək;
• Kassa əməliyyatlarını bilmək/öyrənmək;
• Təsdiqlənmiş həftəlik iş qrafikinə əsasən vaxtlı vaxtında işə gəlmək;
• Mağazada təmizliyi və səliqəni qorumaq;
• Tələb olunduğu halda mağazanın iş saatlarının xaricində aylıq inventarizasiyalarda iştirak etmək;
• Qəbul edilən malların düzülüş qaydalarına əsasən müvafiq yerlərinə düzmək;
• Təsdiq olunmuş qiymət kağızlarını məhsulların üzərinə yerləşdirmək;
Tələblər:
• Ali təhsil
• Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dilini bilənlərə üstünlük verilir)
• 18 - 35 yaş arası bəy və xanımlar
• Xarici görünüşə önəm vermək, dress-koda riayət etmək (satış məsləhətçisi səliqəli, təmiz geyimdə və gülərüz olmalıdır)
• Müştərilərlə işləmək bacarığı
• Ünsiyyət qurma bacarığı
• Komandada işləmə bacarığı
• Gərgin iş qrafikində işləmək bacarığı
• Pərakəndə satış təcrübəsi olması arzuolunandır
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı maaş + yemək + bonus.
Qeyd: mağazalar Bakı və Gəncə şəhərində yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış məsləhətçisi Gəncə və ya Satış Məsləhətçisi Bakı” qeyd edərək öz CV lərini - [email protected] və [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.