Libraff mağazalar şəbəkəsi (kitab, elektronika, oyuncaq, aksessuar) Mühasib vakansiyası elan edir.
Vəzifələr:
Mühasibat və vergi uçotunun aparılması;
Mal-Material uçotunun aparılması;
Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
İşçilərlə hesablaşmaların təmin edilməsi;
Bank əməliyyatlarının həyata keçirilməsi;
Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
Aylıq maliyyə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
DSMF, Statistika, Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi;
E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
Elektron hökumət portalında "Əmək və Əhalinin sosial müdafiə Nazirliyi" bölməsinə kadrlarla bağlı işə qəbul, xitam və digər əməliyyatların aparılması;
Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin proqram təminatına daxil edilməsi;
Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;
Tələblər:
Əmək və Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir
Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu
Mühasib olaraq 3-5 il iş təcrübəsi (satış)
Maliyyə büdcəsinin hazırlanma qaydaları
Müvafiq normativ-hüquqi sənədlər
Maya dəyərinin hesablanması qaydaları
Avans hesablarının təlimatı
Şirkətin uçot siyasəti
MS Office proqramlarını bilməli, mükəmməl Excel bilikləri tələb olunur
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı maaş + yemək.
Qeyd: iş yeri Bakı şəhərində yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV lərini - [email protected] və [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.