Libraff mağazalar şəbəkəsi (kitab, elektronika, oyuncaq, aksessuar) Bakı və Gəncə şəhəri üzrə mağaza admnistratoru vakansiyası elan edir.
Vəzifələr:
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
• Şirkət tərəfindən qoyulan prosedurları öyrənmək və daxili qaydalara riayət etmək;
• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək;
• Mağazada təmizliyi və səliqəni qorumaq;
• Tələb olunduğu halda mağazanın iş saatlarının xaricində aylıq inventarizasiyalarda iştirak etmək;
• Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq
• Qəbul edilən malların düzülüş qaydalarına əsasən müvafiq yerlərinə düzmək;
• Təsdiq olunmuş qiymət kağızlarını məhsulların üzərinə yerləşdirmək;
• Qəbul edilən mal və inventar üzrə maddi məsuliyyət daşımaq;
• Kassa apparatları, proqram təminatı və onların iş mexanizmini öyrənmək və tətbiq etmək;
• Mağaza komandasının gündəlik fəaliyyətini planlaşdırmaq və nəzarətdə saxlamaq;
• Həftəlik mağaza qrafikini tərtib etmək;
• Məhsulların barkodlarını kassada doğru və diqqətlə oxutmaq;
• Dəyişdirilmə və qaytarılma əməliyyatlarını qanunvericilik və daxili qaydalara əsasən həyata keçirmək;
• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul etmək;
• Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatları həyata keçirmək;
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləşməni aparmaq;
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparmaq;
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
• Yaranan problemlərlə bağlı rəhbərliyə məruzə etmək;
• Müştəri istəklərini qeydə almaq və Kateqoriya menecerinə həftəlik hesabat təqdim etmək;
Tələblər:
• Ali təhsil
• Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dilini bilənlərə üstünlük verilir)
• 18 - 35 yaş arası bəy və xanımlar
• Xarici görünüşə önəm vermək, dress-koda riayət etmək (administrator səliqəli, təmiz geyimdə və gülərüz olmalıdır)
• Müştərilərlə işləmək bacarığı
• Ünsiyyət qurma bacarığı
• Komandada işləmə bacarığı
• Pul hesabatlarının aparılmasında bacarıqlı olmaq
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Gərgin iş qrafikində işləmək bacarığı
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
• İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı
• Mağazada iş təcrübəsi olanlara üstünlük verilir
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı maaş + yemək + bonus.
Qeyd: mağazalar Bakı və Gəncə şəhərində yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Administrator Gəncə və ya Administrator Bakı” qeyd edərək öz CV lərini - [email protected] və [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.