Təlim və Inkişaf Şöbəsinin Rəisi

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 14.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Rabitabank ASC

Təlim və İnkişaf Şöbəsinin Rəisi

Əsas vəzifələr:

 Bankın təlim və inkişaf strategiyasının müəyyən edilməsində iştirak etmək;
 Bankın təlim mərkəzinin fəaliyyətini qurmaq, idarə etmək və təkmilləşdirilmək;
 Bank daxilində təlim və inkişaf ehtiyaclarını müəyyən edərək əməkdaşlar (o cümlədən menecment) üçün təlim və inkişaf proqramlarını hazırlamaq və tətbiqini təmin etmək;
 Keçirilmiş təlimlərin effektivliyinin ölçülməsinə dair qiymətləndirmə sistemini yaratmaq;
 Təlim planı üzrə nəzərdə tutulmuş müəyyən təlimləri aparmaq;

Tələblər:

 Ali təhsil;
 Təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (iri təşkilatlarda iş təcrübəsinə üstünlük verilir);
 Lahiyələrin və tədbirlərin təşkili və idarəedilməsi sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
 İdarəetmə və liderlik qabiliyyəti;
 Təlimçi kimi təcrübəyə malik olmalı;
 Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
 Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
 Yaradıcı və təşəbbüskar olmalı;
 Azərbaycan dilini səlis, ingilis və ya rus dillərini yüksək səviyyədə bilməli;
 MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
 
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini ca[email protected] e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E - mail : [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi