Təchizat üzrə Mütəxəssis

  • Elanın qoyulma tarixi: 28.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

Azərbaycan Respublikasında bəzi faydalı qazıntı yataqlarının tədqiqi və idarə olunması sahəsində fəaliyyət göstərən kommersiya təşkilatına stabil, təhlükəsiz iş yeri və prespektivli karyera axtarışında olan namizədləri Təchizat üzrə Mütəxəssis vəzifəsi üzrə işçi seçimlərinə dəvət edirik.

Əsas vəzifə və öhdəliklər:

• Şirkətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
• Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender, kotirovka, təklif sorğularının keçirilməsini təşkil etmək;
• Tenderin keçirilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq əşyalar və xidmətlərin, işlərin satınalınması üzrə tenderlərin elan olunmasını, tender prosesinin idarəolunmasını  təşkil etmək, tender təkliflərini təhlil etmək, ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
• Qabaqcıl təcrübə mübadiləsi ilə əlaqədar keçirilən iclas, konfrans, seminar və eləcə də digər tədbirlərin satınalma və təchizat xidmətini təşkil etmək;
• Fəaliyyət istiqamətləri üzrə Şirkətin rəhbərliyinin keçirdiyi iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təşkili və texniki təminatı ilə bağlı tədbirlər görmək;
• Şirkətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompüter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
• Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
• Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
• Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
• Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək.

Tələb olunan təhsil və bacarıqlar:

• Ali təhsil;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
• MS Office proqramları;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• Satınalma prosesləri və ümumi prinsipləri anlamaq;
• Bazarı təhlil etmək bacarığı;
• Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli ( rus və ingilis dilləri bilən namizədlər arzuolunandır) ;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı.

Tələb olunan iş təcrübəsi:

• Təchizat sahəsində ən azı 3 il.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Təchizat üzrə Mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.