Elektronçu

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 23.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL İnfoTech şirkəti “Elektronçu” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Mövcud  avadanlıqların işlək fəaliyyətini təmin etmək;
• Avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmaq;
• Avadanlıqların düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması və təmiri;
• Avadanlıqların texniki vəziyyətinin istismara uyğunluğuna nəzarət etmək;
• Sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunmasını təmin etmək
• Avadanlıqların ehtiyat hissələri ilə təmin edilməsi, istismarda olan cihazların mühafizəsinə nəzarət edilməsi;

Tələblər:

• Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli;
• Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı;

• Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı;
• Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli;

Peşəkar biliklər:

• Elektronika-Avtomatika sahəsində ali və ya orta texniki peşə təhsil
• Elektronika sahəsində ən azı 2 il iş təcrübəsi;
• Elektrik çertyojları oxuma bacarığı;
• Azərbaycan və rus dilləri üzrə ünsiyyət qurmaq bacarığı; 
• Ünsiyyət qura bilmə, analiz və təhlilləri apara bilmək bacarığı.
 
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Elektronçu” qeyd etməklə göndərə bilərlər.