Montajçı (Quraşdırıcı texnik)

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 21.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL İnfoTech şirkəti “Montajçı (Quraşdırıcı texnik)” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Data və elektrik kabellərinin qapalı məkan və ya ərazidə montajı;
• Kabel montajı üçün gərəkli marşrut avadanlıqlarının montajı;
• Texniki dəstək göstərilməsi
• Şəbəkə kabellərinin test olunması
• Elektrik avadanlıqlarının montaj və demontajı

Tələblər:

• Alət və cihazlardan düzgün istifadə etmək bacarığı
• Hündürlikdə işləmə bacarığı
• Elektrik dövrüyyəsi ilə işləmək bacarığı

Peşəkar biliklər:

• Texniki orta-ixtisas və ya ali təhsil
• Montaj işi sahəsində ən azı 2 il iş təcrübəsi;
•  Ünsiyyət qura bilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı.
 
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “Montajçı” qeyd etməklə göndərə bilərlər.