Müştərilərlə iş üzrə Menecer

İşin təsviri

Mediaforce/JWT Azerbaijan  Azərbaycanda ən böyük reklam agentliklərindən biridir. O dünyanın ən məşhur kreativ reklam agentliklərindən biri olan JWT (https://www.jwt.com/) və Mindshare (https://www.mindshareworld.com/)  agentliklərinin Azərbaycanda nümayənəsidir. O həm böyük beynəlxalq, həm də yerli müştərilərlə çalışır.

Mediaforce/JWT Azerbaijan  “Müştərilərlə iş üzrə Menecer” vakansiyası üzrə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Ali təhsil;
• Marketinq sferasında azı 3 il iş təcrübəsi (reklam agentliyi və media sahəsində işləyənlərə üstünlük verilir);
• Mükəmməl kommunikasiya, time-management, təqdimat aparmaq qabiliyyətləri;
• Səlis nitq və yazı qabiliyyəti;
• Azərbaycan, ingilis və rus dillərini üstün səviyyədə bilmək;
• MS Office proqramlarından yaxşı istifadə etmək;
• Təşəbbüskarlıq və kreativlik keyfiyyətləri;
• Komandada işləmək, stressə davamlılıq və təhlil etmək bacarığı
• Karyera qurmaq və inkişaf etmək arzusu
• Reklam bazarı, PR və qlobal trendlər haqda məlumatlı olmaq
• Rəqəmsal marketinq və yeni texnologiyaları mənimsəmək

Əsas vəzifə və öhdəliklər:

• Agentliyin müştərilərilə yazışmaq, onlarla uzunmüddətli əlaqələr yaratmaq və inkişaf etdirmək
• Prezentasiyaların, kommersiya təkliflərinin hazırlanması, tenderlərdə iştirak
• Kreativ, rəqəmsal, media və s. struktur vahidləri arasında işlərin koordinasiyası və icrası
• Brainstorming, kreativ ideyaların hazırlanmasında iştirak
• Görülmüş işlər haqqında hesabatın hazırlanmması, sənədləşmə işlərinə nəzarət

Şərtlər:

• Həftədə 5 gün, 8 saatlıq iş rejimi
• Gənc, peşəkar və yaradıcı ruhlu kollektivdə çalışmaq imkanları
• Tam rəsmiləşdirilmiş əmək haqqı
• Şəhərin mərkəzində, əlverişli yerdə ofis

Maraqlanan namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-lərini e-mailin mövzu (subject) hissəsində “Client Service Manager” sözünü qeyd edərək [email protected]  e-ünvanına göndərsinlər.

Əmək haqqı namizədlərin bilik və bacarıq səviyyəsindən asılı olaraq müəyyən olunacaq.

Əlaqə telefonu: +994 12 497 32 76, +994 50 424 11 40
Ünvan: Bakı şəhəri, Nizami küçəsi 11

Müraciət üçün son tarix: 15.08.2017

İşəgötürənin reytinqi