Hidravlik-Çilingər (kənd təsərrüfatı texnikaları)

İşin təsviri

İşəgötürən: Grand Motors MMC

Vəzifə: Hidravlik-Çilingər (kənd təsərrüfatı texnikaları)

Əmək haqqı: 700-1000 AZN

Tələblər:

- Ağır texnikanın hidravlik sistemlərinin təmiri üzrə minimum 3-5 il iş təcrübəsi;
- Hidravlik  sxemləri sərbəst şəkildə oxumaq bacarığı;
- Ağır texnikaların müvafiq hissələrinin sökülüb-yığılmasını və təmirini bacarmalıdır;
- Nasazlığın səbəbini aşkar etməyi bacarmalıdır;
- İstehsalçıların təmir işlərinə dair kitabindan istifadə etməyi bacarmalıdır;
- Sürücülük vəsiqəsi : B

İşin təsviri:

- Tikinti və kənd təsərrüfatı texnikalarının hidravlik sistemində baş verən nasazlıqları analiz və təmir edir;
- Hidravlik nasosları və hidravlik mühərrikləri təmir edir;
- İşlə bağlı rayonlarda ezamiyyətlərdə olur;
- Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirir;
- Ağır texnika üzrə mexanik işlərini görür;
- İşlə əlaqədar olaraq rayonlarda ezamiyyətdə olur.

İş qrafiki:

• Bazar ertəsi – Cümə:  8:30  - 17:30
• Şənbə : 10.00  – 16.00

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına  mövzu yerində “Hidravlik-Çilingər” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.