Mühərrik ustası (Ağır texnika üzrə)

İşin təsviri

İşəgötürən: Grand Motors MMC

Vəzifə: Mühərrik ustası (Ağır texnika üzrə)

Əmək haqqı: 700-1000 AZN

Tələblər:

- Ağır texnika təmiri üzrə minimum 3-5 il iş təcrübəsi tələb olunur
- Mühərrikin quruluş sxemlərini oxumağı və mühərrikin iş prinsipini bilməlidir
- Xarici növ mühərriklərin təmiri, “Common rail” yanacaq sisteminin təmirini bacarmalıdır
- Euro-3, Euro-4 yanacaq sistemində bilikləri olan namizədlərə üstünlük verilir
- Mühərrik detallarının funksiyalarini bilməlidir
- Ehtiyat hissələri kataloqundan istifadə etməlyi bacarmalıdır
- Nasazlığın səbəbini aşkar etməyi bacarmalıdır
- Mühərriki söküb-yığmaqı bacarmalıdır
- Sürücülük vəsiqəsi: B

İşin təsviri:

- Texnikanın diaqnostikasını həyata keçirir
- Ağır texnikanın mühərrikinə aid olan təmir işlərini həyata keçirir
- İşlə əlaqədar olaraq rayonlarda ezamiyyətdə olur

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10.00  – 16.00

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected]  ünvanına  mövzu yerində “Mühərrik ustası” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyu üçün dəvət olunacaqlar.