Mühasib

İşin təsviri

"AZ PROTEİN FOODS GROUP" MMC “Mühasib” vakansiyası üzrə işçi axtarır.

Vəzifə təlimatları:

• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, debitor və kreditorların hesabının aparılması və s.) yerinə yetirilməsi;
• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Məhsulun maya dəyərinin kalkulyasiyasının tərtibi;
•  İtkinin əmələ gəlmə səbəblərinin və qeyri-məhsuldar xərclərin mənbəyinin üzə çıxarılması və qarşısının alınması üçün təkliflər hazırlanması;
•  Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil ( mühasibat uçotu, maliyyə );
• Vergi Məcəlləsini bilməli;
• 1C 7.7 proqramında sərbəst işləmək bacarığı;
• Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (İngilis və rus dillərini bilənlərə üstünlük verilir).
 
İş yeri : Buzovna qəsəbəsi
İş günləri : həftədə 6 gün.

Əmək haqqı: 800-1000 AZN

İşçi Koroğlu metrosundan birbaşa iş yerinə gediş - gəliş üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur. Şəxsi avtomobili varsa yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Mühasib” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: [email protected]

AZ Protein Foods Group MMC tərəfindən digər vakansiyalar