Mühəndis-mexanik

İşin təsviri

Mühəndis-mexanik

İş barədə məlumat:

• İşlərin planlaşdırılması və müvafiq planın hazırlanması;
• Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasının təşkil edilməsi;
• Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
• Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
• Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
• Quraşdırma işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbərliyin məlumatlandırılması;
• İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Müvafiq sənədləşmə işlərinin aparılması;
• Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;                                                                                                                                          
• Müvafiq hesablamaların aparılması (işin həcmi, istifadə materialları, işçi qüvvəsi)

Namizədə tələblər:

• Mühəndis-mexanik ixtisası üzrə müvafiq ali təhsil;
• Tikinti sahəsində ən azı 3 il iş təcrübəsi;
• Müvafiq kompüter proqramlarını bilmək (AutoCAD, Microsoft Office və s.)
• Mexaniki avadanlıqların quraşdırıması, sazlanması və istismara buraxılması qaydalarını bilməsi;
• Təzyiq altında işləyən tutumların və avadanlıqların quraşdırılması, sınağı və istismarı qaydalarını bilməsi;

Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected]  ünvanına göndərə bilər.(məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)