Mal-material üzrə Mühasib

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 29.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətin adı: AAC MMC (SYNERGY GROUP MMC)

Vəzifə: Mal-material üzrə Mühasib

Yerləşdiyi yer : Bakı

Synergy Group haqqında:

2010-cu ildə təsis edilmiş “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişafyönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 1200-dən artıq iş yeri ilə birbaşa təmin edir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

“Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.

"Synergy Group" MMC-nin törəmə şirkəti olan “AAC” MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.

Vəzifə öhdəlikləri:

• Alış sənədlərinin Əmək haqqı-kreditor mühasibindən alınması, 1C proqramında materialların, əsas vəsaitlərin qiymətləndirilməsinin həyata keçirilməsi;
• Alış sənədlərinə mədaxil qəbzlərinin əlavə edilməsi, qəbzlərdə müxabirləşmənin göstərilməsi, qəbzin imzalanması və 1C proqramına daxil edilmək üçün Əmək haqqı-kreditor mühasibinə təqdim edilməsi;
• Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasının təmin edilməsi, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmənin mühasibat arayışında qeyd edilib onu Baş mühasibə təqdim edilməsi;
• Əsas vəsaitlərə daxili inventar nömrəsinin verilməsi, onların yerdəyişməsinin ilkin sənədlər (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) əsasında izlənməsinin həyata keçirilməsi;
• Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
• Hesabat ayı bitdikdə nəqliyyat vasitələri üzrə yürüş məsafələrinin, yanacaq paylama cədvəllərinin yerində yoxlanılması və əsas xammal-materiallar üzrə faktiki miqdarın qeydiyyata alınması və sonradan təqdim olunan hesabatla tutuşdurulması;
• Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
• Hesabat ayı bitdikdən sonra 3 gün müddətində material anbarı, hazır məhsul anbarı və yanacaq anbarı üzrə hesabatın və müvafiq təsdiqedici sənədlərin (GPS məlumatı, YD şirkətinin plastik kartlar üzrə hesabatı) alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması;
• Hesabat ayı bitdikdən sonra 3 gün müddətində digər bölmə (şöbə) üzrə ( istehsal, nəqliyyat, marketinq və s.) mal-materialların hesabatının, lazımı ilkin sənədlərin (silinmə akti, quraşdırma aktı və s.) alınması;
• Əsas və köməkçi istehsalat sahəsində, eləcə də əsas istehsalat sahəsindən kənarda yerləşən (Qazax, Umbakı) xərc mərkəzləri üzrə xammal-materialların, əsas vəsaitlərin hərəkəti ilə bağlı sənədlərin 1C 8 proqramına vaxtında daxil edilməsinə nəzarət edilməsi, hesabat ayı bitdikdən sonra 3 gün müddətində bütün xərc mərkəzləri üzrə istehsalın həcminin, xammal, material hesabatlarının 1C 8 proqramından çap edilib imzalanmaqla və  ilkin təsdiqedici sənədlərlə birlikdə tələb edilməsi;
• Əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasının həyata keçirilməsi;
• Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi;
• Maya dəyəri mühasibinə hesabat ayının maya dəyərini müəyyənləşdirmək üçün lazımi məlumatın, hesabatın tələb olunan müddətdə təqdim edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Kommersiya müəssisələrində (istehsalat sektoruna üstünlük verilir) ən az 3 il iş təcrübəsi;
• İdarəetmə  və vergi uçotu üzrə biliklər;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• MS Office proqramlarını mükəmməl  bilməli;
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.

Bu vəzifə ilə əlaqədar müraciət edərkən, zəhmət olmasa, şəxsi məlumat xülasəsini  (CV)  [email protected] elektron ünvanına göndərin. Müraciət etdiyiniz vəzifənin adını (Mal-material üzrə mühasib) müraciət məktubunun mövzu bölməsində qeyd edin. Yalnız seçilmiş namizədlərlə (CV-ləri bütün tələblərə cavab verən) əlaqə saxlanılacaq.