Mühasib

  • SYNTAX MMC
  • Elanın qoyulma tarixi: 25.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MÜHASİB

Namizədə tələblər:

- Ali təhsilli (mühasibat, maliyyə sahəsində)
- Mühasibatlıq sahəsində ən az 3 il təcrübə
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- 1C proqaramında işləməyi bacarmaq
- İngilis ve Rus dillərini bilməsi üstünlükdür
- MS Office proqramlarını mükəmməl bilməli
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı

Vəzifə təlimatları:

• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edir;
• Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir və online hesabatı vermək;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil edir;
• Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
• Pul vəsaitlərinin, mal- material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir.
• BTP proqramında hesabatları etməyi bacarır.

CV-lərinizi [email protected]  ünvanına göndərin.

Sadəcə tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

SYNTAX MMC tərəfindən digər vakansiyalar