Hesabatlıq və büdcə şöbəsinin Mütəxəssisi

İşin təsviri

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Hesabatlıq və büdcə şöbəsinin Mütəxəssisi vəzifəsinə təcrübəli işçi dəvət edir.

Hesabatlıq və büdcə şöbəsinin Mütəxəssisi:

- Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və məlumatların mütamadiliyinə nəzarət edir;
- Təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və rəhbərliyi potensial yarana biləcək problemli sahələr barədə məlumatlandır;
- Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesinə nəzarət edir;
- Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflər edir;
- Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir;
- Hər ay hesabat dövrünün sonunda cari nəticələri büdcə nəticələri ilə müqayisə edir və mühüm yayınmalar barədə rəhbərliyi məlumatlandırır;
- Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasını təmin edir;
- Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün səy göstərir;
- Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarının axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsinə nəzarət edir;
- Bütün hesabatların müəyyən edilən müddətlərə uyğun olaraq hazır olmasını təmin etmək üçün hesabat cədvəlini nəzarətdə saxlayır;
- Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
- Əməliyyat və maliyyə nəticələrini araşdırır və təkmilləşdirməyə dair tövsiyələrini verir;
- Gəlir və xərclərin təhlilini aparır;
- Bir sıra variantlardan istifadə etməklə biznesin gələcək şəraiti ilə bağlı proqnozlar verir;
- Elektron cədvəllərdən  istifadə etməklə maliyyə modellərini tərtib edir;
- Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır və nəticələri yuxarı rəhbərliyə bildirir.

Tələblər:

- Maliyyə və iqtisadiyyat üzrə bakalavr təhsili.
- Maliyyə sahəsində azı 2-3 il iş təcrübəsi.
- İşə münasibətdə yüksək fəallıq və məsuliyyət nümayiş etdirmək tələb edilir.

“Big 4” və ya digər tanınmış beynəlxalq audit şirkətlərində çalışmış namizədlərə üstünlük veriləcəkdir.

Yerli qanunvericilik və IFRS sahələrində praktiki və ya nəzəri biliyi olan namizədlərə üstünlük veriləcəkdir.

Əmək haqqı namizədin təhsili, iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.

Maraqlananlar CV-lərini [email protected]” elektron poçt ünvanına 01.05.2017-ci il tarixinədək göndərə bilərlər.

Elektron məktubun mövzu (subject, тема) hissəsində Hesabatlıq və büdcə şöbəsinin mütəxəssisi yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi