Satış üzrə Məsləhətçi (Sektorlar: QAPI / PARKET)

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 02.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia

Satış üzrə Məsləhətçi (Sektorlar: QAPI / PARKET)

Namizədə dair əsas tələblər:

• Yaş: 22-40;
• Təhsil: Ali
• Cins: qadın/kişi;
• Gözəl xarici görkəmə malik olmaq;
• Özünə məxsus tərzə malik olmaq;
• QAPI / PARKET sahəsindəki brendləri bilmək;
• VACİB: QAPI / PARKET sahələrində uğurlu satışında ən azı 2 illik iş təcrübəsinə malik olmaq;
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (ingilis dilini bilmək arzu olunandır);
• Müştəri-yönümlü yanaşma;
• Mükəmməl ünsiyyət qurmaq bacarıqları.
 
Qeyd: Hansı namizədlərə üstünlük veriləcək?

• Müştərilər bazasına malik olan;
• Satış, marketinq və lüks / premium seqmentləri sahəsində təcrübəli olanlara;
• Satış, marketinq sahəsində təlim keçmiş və sertifikat almış.

Əsas vəzifə və öhdəliklər:

• Müştəriləri lyuks xidmətlə təmin etmək;
• Müştərilərə məhsullar və məhsulların çeşidləri, kampaniyalar və yeni kolleksiyalar haqqında təqdimatlar aprmaq və məsləhətlər vermək;
• Müştərilərə məhsulların seçimində köməklik göstərmək;
• Şirkətin peşəkar imicinin həm mağazada, həm də ki, mağaza hüdudlarının kənarında yüksək səviyyədə qoruyub-saxlamaq;

Şərtlər:
 
• Ödənişli əmək məzuniyyəti;
• Ay ərzində 4 gün istirahət;
• Şirkət hesabına nahar yeməyi;
• Korporativ telefon nömrəsi;
• Əmək müqaviləsi ilə rəsimləşdirmək;
• Satışlara görə bonus və mükafatlar.
 
Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-Portfolio-larını (əvvəlki iş yerlərində əldə etdikləri uğurlu satışın nəticələri) e-mailin mövzu hissəsində "QAPI / PARKET: Satış üzrə Məsləhətçi" sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.