Satış Məsləhətçisi

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
 
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Satış Məsləhətçisi

Region: Bakı, Sumqayıt, Şəmkir, Goran

Departament / şöbə: Satış Departamenti

Vəzifə öhdəlikləri:

• Müştəriləri gülərüzlə qarşılamaq, onlara mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;
• Mağazaya daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun məhsullar haqqında tam məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olmaq;
• Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;
• Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;

Namizədə dair tələblər:

• Təhsil: Orta (Ali təhsilli olan namizədlərə üstünlük veriləcəkdir);
• Azərbaycan dilini səlis, rus dilini yaxşı səviyyədə bilməlidir;
• Pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi olmalıdır;
• Satış qabiliyyətli, təqdimat bacarıqlı, ünsiyyətcil, aktiv, çevik və məsuliyyətli olmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Müraciət üçün son tarix: 27/04/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Satış Məsləhətçisi” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi