Baş Mühəndis

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 20.02.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

AzerGold QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Baş Mühəndis

Əsas vəzifə və öhdəliklər:

• Verilmiş layihələrə əsasən iş həcmlərinin müəyyən edilməsi;
• Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması;
• Mühəndis-qrafik layihələrini təhlil etmək və smeta tərtib etmək;
• Layihə üzrə görülən işlərin günlük, həftəlik, eləcədə dövri istehsal planının tərtib edilməsi;
• Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
• Bütün layihələrdə plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
• Tikinti ilə əlaqədar olan bütün işlərə nəzarət etmək ,günlük problemləri aradan qaldırmaq və bütün işlərin plana ,sağlıq və təhlükəsizlik qaydalarına uyğun aparılmasını yoxlamaq və s.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office və sahəsi üzrə proqramlarda işləmək bacarığı;
• Xarici dil biliyi:   İngilis, Rus, Türk – dillərində ( ümumi və texniki sahədə )
• İnşaat norma ve qaydalarını bilməli;
• Layihələşdirmənin metodlarını bilməli;
• Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali texniki təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Baş mühəndis " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi