Keyfiyyətə Nəzarət şöbəsinə Təcrübəçi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 07.02.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Keyfiyyətə Nəzarət şöbəsinə təcrübəçiləri seçim prosesinə dəvət edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

 Müştəri məmnunluğunun ölçülməsi məqsədilə müştərilər arasında sorğuların keçirilməsi, şikayət və etirazların araşdırılması və həlli istiqamətində tədbirlərin görülməsində iştirak etmək;
 İnteraktiv əlaqə mərkəzinə daxil olan şikayətlərin daxili bazaya yerləşdirilməsini öyrənmək;
 Müştərilərə göstərilən xidmətin yüksək səviyyədə təşkil olunmasında və bu məqsədlərdən irəli gələn digər işlərin həyata keçirilməsində iştirak etmək;
 Müştəri məmnuniyyətini davamlı olaraq izləmək və inkişafına nail olmaq üçün təkliflər vermək;
 Müştəri xidmətlərinin keyfiyyəti və yeni məhsul və xidmətlərlə bağlı işçilərin təlimatlandırılması prosesində iştirak etmək;
 Müştəri keyfiyyətinin nəticəsi olaraq müştəri dövriyyəsinin (yeni və təkrar müştərilərin axınının) təhlilində iştirak etmək.

Namizədə qarşı tələblər:

 Ali təhsil (marketinq və biznes sahəsi üzrə ali təhsil olanlara üstünlük verilir);
 Analitik təhlil qabiliyyəti olmalı;
 Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığına malik olmalı;
 Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığına sahib olmalı;
 Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 13 fevral 2017-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Keyfiyyətə Nəzarət şöbəsinə Təcrübəçi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.