Satış Supervayzeri

  • İDC 2000 MMC
  • Elanın qoyulma tarixi: 29.01.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış  Supervayzeri

İş barədə məlumat

Satış müdüri və kommersiya direktoru tərəfindən təyin olunmuş aylıq satış və pul yığım planlarının həyata keçirilməsini təmin edir;
Tabeçiliyində olan satış nümayəndələri arasında qoyulan aylıq satış planları üzə bölgü aparır;
Çalışdığı sektor üzrə ticarət obyektlərinə distrubisiyanın (bütün mal çeşidlərinin ticarət nöqtələrində mövcudluğu)həyata keçirilməsini təmin edir,yoxlama aparır, çatışmazlıqlarn aradan qaldırılmasında lazımı tapşırıqları verir;
Müştəriləri analiz edir,onları mal dövriyysinə görə  qruplara bölür;
Müştərilərə xüsusui ticari şərtlər təklif edir;
Rəhbərlik etdiyi ticarət nümayindələrinin aylıq nəticələri barədə rəhbərlıyə hesabat verir;
Rüb üzrə qoyulan hədəflərin yerinə yetirilməsi üzrə hesabat hazirlayır və rəhbərliyə təqdim edir;
Satış müdiri və kommersiya direktoru tərəfindən verilmiş tapşırıqları vaxtında və  keyfiyyətlə yerinə yetirmək.

Namizədə tələblər

Ali təhsil;
Azərbaycan dili əla səviyyədə;
Səriştəlik tələbləri: Liderlik, əməkdaşlıq, məhsul biliyi, analitik düşünmə, problem həlletmə, yerində öyrənmə, dəyişikliyə açıqlıq, inandırma qabiliyyətinə malik olmalıdır, satış qabiliyyəti olmalı, komandada işləmək bacarığı, müştərini itirməyə deyil, qazanmağa istiqamətlənmiş davranışlara sahib olmalıdır;
FMCG sektorunda iş təcrübəsi minimum 3-5 il (qida və ya dondurma satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
Ofis proqramlarını yaxşı səviyyədə bilməli.
Şəxsi avtomobil.

Maraqlanan şəxslərdən, mövzu yerində “Satış Supervayzeri” qeyd etməklə CV-lərini [email protected] -mail ünvanına göndərmələri xahiş olunur.

İDC 2000 MMC tərəfindən digər vakansiyalar