PR və Kontent Meneceri

İşin təsviri

PR və Kontent Meneceri

Əsas öhdəliklər:

• İctimayətlə Əlaqələr kanallarını o cümlədən, media, vebsayt, şirkətin sosial şəbəkələrdəki səhifələrinin mükəmməl işləməsini təmin edir;
• Şirkətin menecmentini mediada dərc olunan və inkişafına təsir edə biləcək ictimai məlumatlarla təmin edir (media monitorinq);
• Daxili ictimai əlaqələrin qurulmasının qayğısına qalır;
• Şirkətin internet və facebook səhifəsində məlumatların yeniləşməsi, aparılması və daimi nəzarətdə saxlanılması təmin edir;
• Reklam xarakterli professional mətinləri hazırlayır – Copywriting;
• Satış komandasına dəstək paketinin hazırlanmasını həyata keçirir: prezentasiyalar, təkliflərin, braşurların hazırlanması və s.
• Rəhbərliyin həvalə etdiyi digər işləri görür.

Tələblər:

• Ali təhsil (Jurnalistika, Reklam, PR, Marketinq sahəsində olanlara üstünlük verilir);
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilən;
• Müvafiq sahələrdə ən azı 2 il iş təcrübəsi ;
• Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
• Marketinq, PR , Reklam, sahələrinə aid biliklər, yüksək yaradıcılıq qabiliyyəti;
• Komandada işləməyi bacaran;
• Təmkinlilik,etibarlılıq,özünə inam;
• Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı;
• Yaş həddi 23-35-dək
• Ofis proqramlarında işləmə bacarığı olmalı;

Əmək haqqı yüksəkdir. Müsahibədən sonra namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə " PR və Kontent Meneceri " sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

“Business Service Centre” MMC
Azerbaijan,Baku - F.Amirov, 10

E-mail: [email protected]
Web: www.bsc-group.az