Kontent Menecer sahəsi üzrə Təcrübə Proqramı

  • ATL Consulting
  • Elanın qoyulma tarixi: 04.01.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Consultingwww.atlconsulting.az) şirkətinin əsası 2011-ci ildə qoyulub, şirkətin başlıca missiyası qeyri-qənaətbəxş vəziyyət ilə üzləşmiş biznes müəssisələrinə müxtəlif səpkili konsaltinq xidmətləri vasitəsi ilə dəstək verməklə, işgüzar effektivliyin artırılmasına nail olmaqdan ibarətdir.

ATL Consulting”-in xidmət istiqamətlərinə marketinq fəaliyyəti, reklam və PR üzrə konsaltinq, bazar araşdırmaları, layihələrin idarə olunması, təlimlər, biznes müayinəsi və s. daxildir. İşimizin əsas meyarlarından biri müştərilərimizin ehtiyaclarını diqqətlə öyrənmək və onların biznes strukturlarına ən uyğun həll yolunu təklif etməkdir.

Bu gün “ATL Consulting” şirkəti Kontent Menecer sahəsi üzrə Təcrübə Proqramını açıq elan edir:

Tələb olunan bilik və bacarıqlar:

• Rus və azərbaycan dillərini mükəmməl bilməli;
• Hər iki dildə ədəbi tərzdə yazmaq qabiliyyəti olmalı;
• Müxtəlif növ mətn, məqalə və təqdimatlarla işləmə, analiz etmə qabiliyyəti olmalı;
• Ofis proqramlarından istifadə bacarığı olmalıdır
• Rəsmi yazışmalar haqda ilkin məlumata malik olmalı;
• Azərbaycan və rus dillərindən qarşılıqlı tərcümə bacarığı olmalı.

Əsas öhdəliklər:

• İnternet səhifələri üçün müxtəlif səpkili məlumatların  hazırlanması;
• Təqdimat və məqalələr üçün yazılar, məlumat/xəbərlərin hazırlanması və yerləşdirilməsi;
• Həyata keçirilən layihələr haqda məlumatların hazırlanması.

Təcrübə Proqramı ilə maraqlanan namizədlər CV-ni (şəkil ilə birgə) mövzu yerində "Kontent Menecer" qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.