Xərclər üzrə Nəzarətçi (Cost Controller - İnşaat)

  • Elanın qoyulma tarixi: 22.12.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VEYSƏLOĞLU ŞİRKƏTLƏR QRUPU

VAKANSİYA – Xərclər üzrə Nəzarətçi (Cost Controller - İnşaat)

SƏRİŞTƏLƏR:

• Tikinti xərclərinə nəzarət ilə əlaqəli bütün kooperativ siyasət və prosedurlarla bağlı çalışma qaydalarını bilməli;
• Tikinti layihələrinin büdcələrinə və xərclərinə nəzarəti bilməli;
• Aylıq hesabatları və tikinti xərclərinin hesabatlarını tərtib etməyi bacarmalı;
• Tikinti hesab kodlarının işlənilməsini bilməli;
• Tikinti fəaliyyətlərinin xərclərinin və trendlərin analizini, iqtisadi təhlil metodlarını bilməli;
• Hesablama texnikasının istismarı qaydalarını bilməli;
• MS Office proqramlarını (xüsusilə MS Excel, MS Project) yaxşı səviyyədə bilməli;
• Güclü analitik qabiliyyətə sahib olmalı;
• Dəqiq, diqqətcil və məsuliyyətli olmalı;
• Ünsiyyətcil olmalı, problem həll etmə bacarığına sahib olmalı;
• Rus və İngilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük veriləcəkdir.

TƏCRÜBƏ:

Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (onshore / tikinti) olmalıdır.

TƏHSİL:

Müvafiq sahə üzrə minimum bakalavr təhsili olmalıdır.

Müraciət edənlərdən [email protected] ünvanına mövzu yerində "Xərclər üzrə nəzarətçi (Cost Controller - İnşaat)" yazmaq şərti ilə CV göndərmələri xahiş olunur.