Brend Menecer

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 18.12.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia Azərbaycanın inşaat sektorunda artıq geniş bir vüsət alaraq ən geniş yayılmış sahələrindən biri kimi qəbul edilən lyuks inşaat məshullarının satışını təşkil edən nüfuzlu nümayəndələrindən birincisidir. Collezione Italia inşaat sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən nüfuzlu markalarını idxal edərək xidmət göstərir.

Collezione Italia hazırda Brend Menecer (Sektorlar: Qapı/parket, qab-qacaq/yataq dəyişəyi, santexnika) vəzifəsi üzrə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

• Yaş: 25-40;
• Təhsil: Ali – İqtisadiyyat, Marketing;
• Cins: qadın/kişi;
• Mebel (evin bütün otaqları, mətbəx, hamam, ofis üçün), santexnika dəstləri, kafel/metlax və s., hamam aksesuarları, inşaat aksesuarları, divar kağızı (oboy), pərdə, qapı, parket, mətbəx mebeli, qəndil (lüstr), qab-qacaq; sahəsindəki luxury brendləri bilmək;
• Azərbaycan, ingilis və rus dillərini mükəmməl səviyyədə bilmək;
• Brend marketinq və brend menecment sahəsində ən azı 2 illik iş təcrübəsi (xüsusi ilə dünya brendləri)
• Ofis proqramlarını yüksək səviyyədə bilmək (Word, Excel, Power Point, Outlook);
• Səlist  danışaraq təqdimatlar keçirmək bacarığı.

İxtisas, bilik və bacarıqlar:

• Maliyyə, marketing, qiymət təhlilinin aparılması, büdcənin formalaşdırılması və layihələri idarə etmək biliklərinə malik olmalı;
• Təhlillər apararaq hesabatların hazırlanması (Excel)
• Təqdimatların keçirilməsi;
• Danışıqların aparılması;
• Biznes planın tərtib olunnması.
 
Əsas vəzifə və öhdəliklər:

• Şirkətin məhsulları ilə bağlı müntəzəm araşdırmalar aparmaq;
• Rəqib şirkətlərin, yeni məhsulların və ümumilikdə bazarın təhlilini apararaq hesabatlar hazırlamaq;
• Geniş çeşidli məhsul və xidmətləri idarə edərək, həmin məhsulların qiymətinin müəyyən  olunmasında iştirak etmək;
• Brend strategiyasının inkişafının hazırlanması;
• Bazara yeni məhsul və brendləri çıxartmaq;
• Müxtəlif marketinq tədbirlərini (reklam kampaniyaları, təqdimatlar) təşkil edərək həyata keçirmək;
• İstehsalçı və təchizatçılarla iş;
• Brendlər üzrə yeni məhsulları hazırlayaraq sifarişlərin yerləşdirilməsi;
• Marketinq-planını hazırlayaraq idarə etmək;
• Məhsulların bazarda satışı məqsədi ilə təbliğat və təşviqat ideyalarını təklif edərək həyata keçirmək;
• Biznes tərəfdaşları ilə danışıqların və yazışmalarının aparılması;
• Təqdimatların keçirilməsi.

Şərtlər:

• Bütün müştərilər ilə iş;
• Peşəkar inkişaf və karyera yüksəlişi üzrə imkan və perspektivlər;
• Ödənişli əmək məzuniyyəti;
• Ay ərzində 4 gün istirahət;
• Əmək müqaviləsi ilə rəsimləşdirmək;
• Şirkət daxilində təlim və inkişaf, brendlər və satış texnikası üzrə bilik və bacarıqları təkminləşdirəcək təlimlər;
• Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.

Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-Portfolio-larını (əvvəlki iş yerlərində əldə etdikləri uğurlu satışın nəticələri) e-mailin mövzu hissəsində “Brend Menecer” və üç sektordan birini (Sektorlar: Qapı/parket, qab-qacaq/yataq dəyişəyi, santexnika) sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.