Satış üzrə Menecer (Sektorlar: Qapı/parket, qab-qacaq/yataq dəyişəyi, santexnika)

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 11.12.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia Azərbaycanın inşaat sektorunda artıq geniş bir vüsət alaraq ən geniş yayılmış sahələrindən biri kimi qəbul edilən lyuks inşaat məshullarının satışını təşkil edən nüfuzlu nümayəndələrindən birincisidir. Collezione Italia inşaat sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən nüfuzlu markalarını idxal edərək xidmət göstərir.

Collezione Italia hazırda Satış üzrə Menecerlər (Sektorlar: Qapı/parket, qab-qacaq/yataq dəyişəyi, santexnika) vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Namizədə dair əsas tələblər:

• Yaş: 22-40;
• Təhsil: Orta/ali
• Cins: qadın/kişi;
• Boy: kişi namizədlər – 175 sm-dən başlayaraq (-1 sm), xanım namizədlər – 165 sm-dən başlayaraq (1 sm);
• Gözəl xarici görkəmə malik olmaq;
• Özünə məxsus tərzə malik olmaq;
• Mebel, santexnika, və inşaat aksesuarları sahəsindəki brendləri bilmək;
• VACİB: Qeyd olunan sahələrin uğurlu satışında ən azı 1 illik iş təcrübəsinə malik olmaq: İnşaat materialları sektorunda (santexnika dəstləri, hamam aksesuarları, kafel/metlax), mebel (evin bütün otaqları, mətbəx, hamam, ofis üçün), divar kağızı (oboy), pərdə, qapı, parket, mətbəx mebeli, qəndil (lüstr), qab-qacaq;
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək;
• Müştəri-yönümlü yanaşma;
• Mükəmməl ünsiyyət qurmaq bacarıqları;
• Yüksək motivasiya.

Qeyd: Hansı namizədlərə üstünlük veriləcək?

• Müştərilər bazasına malik olan;
• Satış, marketinq və lüks mebel satışı sahəsində təcrübəli olanlara;
• Satış, marketinq sahəsində təlim keçmiş və sertifikat almış.

Əsas vəzifə və öhdəliklər:

• Müştəriləri lyuks xidmətlə təmin etmək;
• Müştərilərə məhsullar və məhsulların çeşidləri, kampaniyalar və yeni kolleksiyalar haqqında təqdimatlar aprmaq və məsləhətlər vermək;
• Müştərilərə məhsulların seçimində köməklik göstərmək;
• Şirkətin peşəkar imicinin həm mağazada, həm də ki, mağaza hüdudlarının kənarında yüksək səviyyədə qoruyub-saxlamaq;

Şərtlər:

• Bütün müştərilərlə iş;
• Peşəkar inkişaf və karyera artımı imkanları;
• Ödənişli əmək məzuniyyəti;
• Ay ərzində 4 gün istirahət;
• Əmək müqaviləsi ilə rəsimləşdirmək;
• Şirkət daxilində təlim və inkişaf, brendlər və satış texnikası üzrə bilik və bacarıqları təkminləşdirəcək təlimlər;
• Karyera yüksəlişi üzrə perspektivlər;
• Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.

Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-Portfolio-larını (əvvəlki iş yerlərində əldə etdikləri uğurlu satışın nəticələri) e-mailin mövzu hissəsində "Satış üzrə Menecer" sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.