Shop Menecer

  • Embawood
  • Elanın qoyulma tarixi: 07.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 20 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri: Bakı, Azərbaycan

Vəzifə adı: Shop Menecer

Iş qrafiki: 5 günlük / saat 08:30 – 17:30

Işin təsviri:

- Mağazanın fəaliyyətinin təşkili və koordinasiyası;
- Mağaza standartlarının qorunması və nəzarət;
- Malların balansı və nəzarətdə saxlanılması;
- Satış departamenti heyətinə nəzarət;
- Mütəmadi olaraq satış analizini həyata keçirməli;
- Daxili inventarizasiya
- Müştərilərlə işləmə bacarığı;
- Mağazanın fəaliyyətinə ümumilikdə nəzarət (təmizlik işləri,satış,anbar,məhsul və qiymət dəyişimləri) ;
- Müştəri məmnuniyyətinin təmin olunması;
- Müştəri bazasının vaxtında yoxlanılması, mağazda disiplinin təmin olunması;
- İşçi heyətinin motivasiya olunmasını təmin etməli və hədəfə çatmaqda onlara dəstək olmalı;
- Şirkətin missiya və məqsədlərinə uyğun şəkildə işləməli;

Tələblər:

- Ali təhsil;
- Problemləri həll etmə bacarığı;
- Alınan qərarlar üçün məsuliyyət daşımalı;
- Komandada işləmə bacarığı
- Liderlik
- məsuliyyətli, təşəbbüskar və zamanında qərar qəbul etmək bacarığı olmalı;
- 1C və Excell proqramlarında işləməyi bacarmalı;
- Azərbaycan və Rus dillərində mükəmməl,İngilis dilində orta səviyyədə bilməli;
- 5 illik iş təcrübəsi (mağaza müdiri sahəsində)

Yaş həddi: 25 - 45 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ”Shop Manager“ qeyd edib bu ünvana göndərəsiniz  [email protected]

İşəgötürənin reytinqi