Hüquqşünas (Mingəçevir filialı)

İşin təsviri

“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı

Hüquqşünas (Mingəçevir filialı)

Tələblər:

• Ali hüquqi təhsil;
• Komandada işləmə bacarığı,
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Hüquqşunaslıq- məhkəmə icra işləri üzrə ən azı 1 il iş təcrübəsi;
• Maliyyə strukturlarında - bank və sığorta şirkətlərində işləyən hüquqşünaslara üstünlük verilir.

Əsas vəzifələr

• Azərbaycan Respublikası Mülki və mülki prosessual, icra qanunvericiliyini bilməli;
• Banklar haqqında qanunu bilməli;
• Kargüzarlığın əsasları;
• Hüquqi nitq və yazışma qabiliyyəti;
• Məhkəmə və digər dövlət orqanlarda təmsilçilik ;
• Müqavilələrin və digər sənədlərin tərtibi və hüquqi ekspertizasını bilməli;
• Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirilməsi.

İş üçün ərizələr/müraciətlər 15 oktyabr 2016-cı il tarixinədək aşağıdakı elektron poçt ünvanında və ya müvafiq filial ofisinə yaxınlaşmaqla qəbul edilir:

E-poçt: [email protected]
Tel: (994 12) 492 77 63  (Bakı)
Tel:  (994 24) 274 59 19  (Mingəçevir)
“İnkişaf üçün Maliyyə” MMC-nin Mingəçevir filialı
20 Yanvar küçəsi 166

Xüsusi Qeydlər:

1. Ərizələri (CV və ya Resumeləri) e-mail ünvanımıza göndərərkən mövzu yerinə "Mingəçevir -Hüquqşünas" yazmağınız xahiş olunur. Əks halda CV-nizə baxılmayacaq.
2. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.