Various Positions

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 04.09.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VAKANSİYALAR

Peşə adları:

• Hidravlika-mexanika üzrə çilingər
• Körpülü kran maşinisti
• İlməkçi (Rigger)

Tələblər:

• Müvafiq peşə təhsili və sertifikat.
• 1 ildən az olmayaraq tələb olunan vakansiya üzrə iş təcrübəsi.

Şirkət haqqında:

2012-ci il Fevral ayında Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində  ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur:

Su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan Ø 400 – 2000 mm diametrdə istehsal olunabilən polad borular. Ø 400 - 2400 mm diametrə qədər istehsal olunabilən Polad armaturlu  Polietilen Kanalizasiya boruları. Metal hasar.  Plastik fittinqlər və müxtəlif çeşidlərdə injeksiya məhsulları. Su siyirtməsi, qaz siyirtməsi, dairəvi siyirtmə, yanğın hidrantı.

Şirkətin istehsal etdiyi məhsulların dünya standartlarına uyğunluğuna və yüksək keyfiyyət səviyyəsinə görə əldə etdiyi sertifikatlar: ISO 9001, OHSAS 18001, ISO 14001, ISO 29001.

Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1, AZ 5000, Sumqayıt Kimya Sənaye Parkı .

Qeyd olunan vakansiyalarla maraqlanan şəxslər öz CV-lərini e-mail ünvanımıza göndərə bilərlər: [email protected]