Satış üzrə Menecer
İş barədə məlumat:
Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması.
Məhsul seçimində müştərilərə yardım edilməsi, lazımı məsləhətlərin verılməsi, kataloqlarla seçim etməyə yardımçı olmaq
Müştəri portfeyinin yaradılması və satış bazarında olan rəqiblər, öz sahəsinə aid olan və onların təklif etdiyi əmtəə və malların araşdırılması.
Satış heyəti tərəfindən yazılmış stock sifarişlərinin hər bir mərhələdə izlənilməsi və bu sifarişlər haqqında dəqiq məlumata sahib olmaq.
Namizədə tələblər:
Yaş həddi 25-40
Dil bilikləri- Azərbaycan, Rus dili əla səviyyədə,
İş təcrübəsi 3-5 il (Elektrik avadanlıqlarının satışında iş təcrübəsinin olması vacibdir)
Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar cv-lərini [email protected] ünvanına göndərə bilərlər.