Mühasib

  • Matanat A
  • Elanın qoyulma tarixi: 15.08.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

FUNKSİYALAR

        Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməəsini həyata keçirmək, bu barədə birbaşa və ali rəhbərliyə məlumat, məruzə və hesabat vermək.
        Müəssisədə yazılmış maliyyə tələbnamələrinin və digər aidiyyatlı sənədlərin qeydiyyatını aparmaq, lazımi formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək.

VƏZİFƏ BORCLARI

1.      Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
2.       Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
3.       Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.
4.       Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.
5.       Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir.
6.       İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır.
7.       Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
8.       Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə,    idarə   və   təşkilatın   təsərrüfat-maliyyə   fəaliyyətinin   təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibiqində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.

9.       Hesabat tərtib etmək üçün uçotun müvafıq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə “Mühasib" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

İşəgötürənin reytinqi