Ekspert / Kommersiya Kreditləri Departamenti

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 24.07.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bank haqqında

Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir.

Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s.

Cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən “Bank of Baku” çoxsaylı sosial layihələr həyata keçirir. Təhsil sahəsində əməkdaşlığa, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar üçün müxtəlif layihələrin həyata keçirilməsinə prioritet diqqət yetirilir. Bankımız haqda daha ətraflı məlumatı http://www.bankofbaku.com/ saytından əldə edə bilərsiniz.

Vəzifə: Ekspert

Departament/şöbə: Kommersiya Kreditləri Departamenti

Əsas vəzifə və öhdəliklər

 Qarşısına qoyulan satış hədəflərinin yerinə yetirilməsi
 Yeni müştərilərin axtarılması və cəlb olunması
 Kredit alanın maliyyə durumu təhlilinin aparılması, təhlil cədvəllərinin hazırlanması və Kredit Komitəsinə kredit işinin təqdimatı
 Mövcüd kreditlər üzrə monitorinqin aparılması
 Verilmiş kreditlərdə yaranan problemlərin həlli üçün tədbirlərin görülməsi
 Üzərinə düşən məlumatların və hesabatların hazırlanması (maliyyə qurumları, investisiya fondları və sair üçün)
 Bankın kommersiya kreditlərinin verilməsi üzrə prosedurun təkmilləşdirilməsində iştirak

Seçim meyarları

 Ali iqtisadi təhsil
 Sahə üzrə 2 il iş təcrübəsi (iri və orta/kiçik kreditlərlə iş sahəsində)
 Azərbaycan dili - əla, rus dili  – orta
 MS Office proqramları ilə işləmə bacarığı
 Nəticəyə yönəliklik
 Təzyiq altında işləmə bacarığı
 Komanda şəklində işləmək bacarığı

İş şərtləri

 Iş vaxtı: 5 iş günü, 09.00-18.00
 İş yeri: Baş Ofis

Müraciət üçün son tarix: 09/08/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Kommersiya Kreditləri sözünü qeyd etməyi unutmayın!

İşəgötürənin reytinqi