Satış Mütəxəssisi

İşin təsviri

Optimal Elektronika şirkəti 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, TOSHIBA, Simfer, Carrier, SINGER, EKSEN brendlərinin rəsmi distribyutorudur. Bizim şirkətimiz Mobitel , Inteqral şirkətləri ilə əməkdaşlıq edir və Nokia, Samsung mobil telefonlarının satışı ilə məşğuldur. Bizim mağazalardan Toshiba, Acer, Asus, HP Noutbooklarını əldə edə bilərsiniz, həmçinin ofis və ev üçün personal kompyuterlərin satışı ilə bağlı yığılması da həyata keçirilir.

Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. Məqsədimiz pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilmısində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır.

Yüksək ixtisaslı mühəndislərin çalışdığı və texniki tərkibdə kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq Optimal Elektronika MMC şirkəti Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq etməkdədir.

Vəzifə: Satış Mütəxəssisi

Departament / şöbə: Satış şöbəsi

Əsas vəzifə və öhdəliklər

- Potensial müştərilərin tapılması;
- Şirkətin məhsullarının təqdimatı;
- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq;
- Məhsulun satışının təşkil edilməsi.

Namizədə dair tələblər

- Yaş həddi 20-30;
- Ali və ya ota təhsilli olması;
- Rahat və səlis nitq qabiliyyəti, punktual, ciddi, məsuliyyətli olması;
- Karyerasını satış sahəsində qurmaq istəyi
- Müştərini inandırmaq bacarığı olan
- MS Office proqramında işləmək bacarığı;
- Azərbaycan və Rus dilini mükəmməl bilmək;
- Xanım namizədlərə üstünlük veriləcək.

İş şərtləri

 İş vaxtı: 6 iş günü
 İş yeri: Bakı şəhəri

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected][email protected] ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında “Satış Mütəxəssisi” sözünü qeyd etməyi unutmayın, əks halda CV-lərə baxılmayacaq.

İşəgötürənin reytinqi