Problemli Kreditlərin idarə edilməsi üzrə Menecer (Şəki filialı)

İşin təsviri

“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı

BOKT "İnkişaf üçün Maliyyə" MMC Şəki filialına Problemli Kreditlərin idarə edilməsi üzrə Menecer vəzifəsinə işçi qəbulu elan edir.

Namizədə dair tələblər:

• Ali təhsil (Maliyyə/iqtisadi)
• Azərbaycan dili biliyi
• Məsuliyyətli, dürüst və dəqiq;
• Yüksək ünsiyyətqurma bacarığı;
• Öyrənməyə həvəsli;
• MS Office proqramlarında işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

• Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, daxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görmək;
• Gecikmədə olan borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığını təmin etmək;
• Məhkəmyə qədər borcların qaytarılması istiqamətində qanunauyğun təsir tədbirlərindən istifadə etmək;
• Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərmək.

İş üçün ərizələri/müraciətləri 20 iyul 2016-cı il tarixinədək aşağıdakı vasitələrdən biri ilə göndərə və ya telefonla edə bilərsiniz:

1. Şəki şəhər Sabit Rəhman küçəsi (Avtobazanın yanı) ünvanda filial ofisinə yaxınlaşmaqla;
2. Telefon vasitəsilə: Şəki: (994 24) 277 13 11; Mobil: (050) 246 35 89;
Bakı: (994 12) 492 77 63; 
3. Elektron poçt: [email protected]

Qeyd: CV-nizi təqdim edən zaman müraciət etdiyiniz müvafiq regionu və vəzifəni qeyd edin.