Minik Avtomobillərin Satış Məsləhətçisi

İşin təsviri

Autostar Kaukasus QmbH Azərbaycan Mercedes-Benz Rəsmi Dileri

Vakansiya: Minik Avtomobillərin Satış Məsləhətçisi 

Namizədə mütləq tələblər:

28-40 yaş həddi
Azərbaycan, Rus,  İngilis dili biliyi 
Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi
Ali təhsil (Texniki təhsilə üstünlük verilir)
Kompüter bilikləri, sürücülük vəsiqəsi
Dinamiklik, ünsiyyət, təqdim etmə  və inandırma bacarığı,  kollektivdə  işləmək  qabiliyyəti

Vəzifələr:

Aktiv şəkildə müştəri axtarışı;
Müştəri xidmətinin yüksək səviyyədə təşkil edilməsi;
Müştərilərə avtomobillərin  tanıtımı və texniki xüsusiyyətlərinin ətraflı izah edilməsi;
Müştəri məlumat bazasının yenilənməsi;

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.