Katiblik sektorunun müdiri

İşin təsviri

Maliyyə Bazarlarına Nəzarət Palatası

Katiblik sektorunun müdiri

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadi / hüquq);
• Kargüzarlıq işinin təşkili üzrə nəzəri və praktiki biliklər;
• Hesabat tərtib etmə bacarığı,
• Planlaşdırma, analitik düşüncə və ünsiyyətqurma bacarığı;
• Səlis Azərbaycan və yaxşı səviyyədə ingilis dili bacarığı;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

- Katibliyin əməkdaşları arasında iş bölgüsü aparır və onların fəaliyyətinə nəzarəti həyata keçirir;
- Palatada kargüzarlıq fəaliyyətinin tənzimlənməsinə nəzarəti həyata keçirir, eləcə də sənədlərlə iş məsələlərinə dair əməli tövsiyələr verir;
- Palataya daxil olan sənədlərin qəbulu, qeydiyyatı və rəsmiləşdirilməsinə nəzarəti həyata keçirir;
- Sənədlərə, o cümlədən, vətəndaşların müraciətlərinə baxılması gedişinə və müddətlərinə nəzarəti həyata keçirir, bu barədə təhlil aparır və mütəmadi olaraq rəhbərliyə məlumat verir;
- Palatanın struktur bölmələrində istifadə edilmək üçün lazım olan blankların və eləcə də iş prosesində korlanmış blankların uçota alınması və paylanmasına nəzarəti həyata keçirir;
- Palatanın struktur bölmələrindən arxivə sənədlərin müəyyən qaydada qəbuluna, uçotuna, mühafizəsinə və onlardan istifadəyə nəzarət edir;
- Katibliyin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasına nəzarət edir;
- Katibliyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə strateji və taktiki fəaliyyət planlarının hazırlanmasını təşkil edir, onları və digər sənədləri təsdiq edilməsi üçün rəhbərliyə təqdim edir və icrasına nəzarət edir;
- Direktorlar Şurasının iclaslarının keçirilməsini təşkil edir və iclasın yekunlarına dair protokollar hazırlayır

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.