Texniki köməkçi

  • Yarat
  • Elanın qoyulma tarixi: 08.05.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Texniki köməkçi

İş yeri: YARAT Mərkəzi

Əsas öhdəliklər

1. YARAT Mərkəzinin bütün ofisləri, qalereyaları və məkanlarında texniki yardım işlərini həyata keçirmək, o cümlədən:
2. Sərgilərə hazırlıq, eləcə də sərgilərin sonunda aparılan işlərdə sənət əsərlərinin asılması, qablaşdırılması və s. kimi işləri yerinə yetirmək;
3. YARAT  Mərkəzinin qapalı və açıq məkanlarında keçirilən sərgilər, layihələr və digər tədbirlərin təşkili və hazırlanması məsələləri ilə bağlı bütün texniki məsələlərdə iştirak etmək;
4. Lazım olduqda, zəruri avadanlıqlar və qurğuların alınmasını həyata keçirmək;
5. Təmir-bərpa proseslərində yaxından iştirak etmək;
6. Texniki menecer tərəfindən verilən bütün digər tapşırıqları icra etmək.

Tələb olunan bilik, təcrübə və bacarıqlar

• Elektrik avadanlıqları və müxtəlif texnologiyaları ilə bağlı geniş texniki biliklər, problemləri həll etmək bacarığı
• Təşkilati bacarıqlar
• Həm komandanın bir üzvü kimi, həm də təkbaşına fəaliyyət göstərmək, gərgin mühitdə, təzyiq altında çalışmaq, həmçinin tapşırıqları qoyulmuş müddətlərə qədər təhvil vermək bacarığı
• Müxtəlif tapşırıqların həllinə çevik yanaşma bacarığı
• Elektrik təhlükəsizliyi ilə bağlı problemlər haqqında geniş biliklər
• Yüksək keyfiyyətli ünsiyyət və müştəri xidmətləri bacarığı
• “Microsoft Office”, “Outlook” proqramları ilə işləmək bacarığı
• 25-32 yaş olanlara üstünlük veriləcək
• Minimum iş təcrübəsi 3-5 il

Namizədlərdən öz CV-lərini 15 may 2016-cı il tarixinə kimi [email protected] e-poçt ünvanına göndərmələri tələb olunur.

Zəhmət olmasa, iş üçün müraciət məktubunun mövzu yerində müraciət etdiyiniz vəzifənin adını göstərin. Əks təqdirdə, qəbul edilmiş ərizələrin yoxlanılması prosesində Sizin namizədliyiniz nəzərə alınmayacaq. Nəzərinizə çatdırırıq ki, işəqəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi