Job Opportunity at Holcim (Azerbaijan) OJSC
Operating in over 70 countries, with more than 80,000 employees, the Holcim Group is one of the world’s leaders in production and distribution of Cement, Ready-Mixed Concrete and Aggregates.
Vəzifə: Teplovoz Maşinisti
Şöbə: Texniki İstehsalat/ Dəmiryol Nəqliyyatı
İşin əsas məqsədi:
Karxanadan xammal materiallarının vaqonlarla daşınması, dolu və boş vaqonların stansiyadan təhvil alınıb-verilməsini həyata keçirmək
Vəzifə öhdəlikləri
• İşə başlamazdan əvvəl teplovozu yoxlayır və jurnala imza ataraq onu qəbul edir.
• Növbə ərzində teplovozun texniki saz vəziyyıtdə olması, onun düzgün istismar edilməsi üçün məsuliyyət daşıyır.
• Teplovozun yüksək keyfiyyətli işini təmin etmək üçün onun profilaktik qulluğunu aparır, yanacaqla və ehtiyat hissəlsri ilə təmin olunmasını həyata keçirir.
• Xammal gətirmək üçün vaqonları doldurmaq məqsədilə karxanaya aparır və ekskavatorun altına verir.
• Vaqonların dolduğu haqda ekskavator maşinistinin verdiyi siqnaldan sonara vaqonları geri qaytarır.
• Dolu vaqonları blok-postda saxlayaraq teplovozun vaqonların baş hissəsinə qoşulmasını həyata keçirir və yolun açıq olması haqqında distpeçer ilə əlaqə saxlayaraq zavoda daxil olması üçün icazə alır.
• Bazaya daxil olaraq dolu vaqonları teplovozdan ayırır və boş vaqonları götürərək yenidənn karxanaya qyıdır.
• Zəruri hallarda xammalın xırdalama sahəsində boşaldılmasını həyata keçirir.
• Distpeçerin göstərişi ilə dolu vaqonların stansiyaya təhvil verilməsi, boş və müxtəlif yönümlü yüklə dolu vaqonların onlardan qəbul edilməsini, boş və sement dolu vaqonların tərəzidə çəkilməsini həyata keçirir.
• Texniki-təhlükəsizlik və daxili nizam-intizam qaydalarına riayət edir. Teplovozu təmiz saxlayır
• Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.
TƏLƏBLƏR:
Təhsil: Peşə təhsili ( Diplom + FHN sertifikatı)
İş təcrübəsi: Dəmir yolu sahəsində iş təcrübəsi
Dil tələbləri: Azərbaycan
Davranış bacarıqları:
1. Planlaşdirma və təşkilatçiliq
2. Ünsiyyət bacariqlari
3. Problemi həll edə bilmək
4. Nəticələr yönümlü
5. Təşəbbüskar
6. Komanda ruhlu
7. Şirkətə sadiq
Texniki funksional bacarıqlar:
1. Dəmiryol Nəqliyyatının idarə olunması bacarığı
Təhlükəsizlik bacarıqları:
1. ƏMTT missiyasını yerinə yetirmək
2. Tələblərə uyğun ƏMTT komandası yaratmaq
3. Zərərli sahələri müəyyənləşdirmək və riskləri idarə etmək
4. Hadisələri idarə etmək
Müraciət forması
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər
(məktubun mövzu bölməsində Teplovoz Maşinisti qeyd etmək mütləqdir) və ya 4418888 (daxili 518), Alina Məmmədova ilə əlaqə saxlaya bilərsiniz .
Son tarix : May 20, 2016