Qəza Komissarı (Bakı şəhəri)

İşin təsviri

QƏZA KOMİSSARI (Bakı şəhəri)

Azərbaycan Sənaye Sığorta ASC Qəza Komissarı vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:

- İş yeri Azərbaycan Sənaye Sığorta ASC-nin baş ofisi;
- Baş vermiş hadisə və sığorta ödənişi ilə bağlı elektron məlumat bankının (baza) yaradılması və ondan istifadə edilməsi;
- Sığorta hadisələri ilə bağlı müvafiq sənədlərin toplanmasında yaxından iştirak edilməsi;
- Açılmış sığorta işlərinə növbəti nömrələrin ardıcıllıqla verilməsinin təmin edilməsi;
- Yekun sığorta aktının tərtibatında iştirak edilməsi;
- Departamentə daxil olan ilkin uçot sənədləri əsasında bütün hadisələrin, sığortalıların, sığorta ödənişi və imtinanın müvafiq qaydada qeydiyyatının aparılması.

Əsas tələblər:

- Ali təhsil (texniki və ya hüquqi);
- Ünsiyyətcil, işgüzar, analitik düşüncə tərzi, kollektivdə işləmək qabiliyyəti;
- Cinsi: Kişi;
- Yaş: 22-35;
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- İş qrafiki – növbəli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilər və ya aşağıdakı llink vasitəsilə online şəkildə müraciət edə bilərlər.
https://hr.azersun.com/pages/openPosition.aspx?Lang=2&ID=113

CV göndərilərkən mövzu hissəsində vəzifənin adı (“Qəza Komissarı”) qeyd olunmalıdır.

*”Azərbaycan Sənaye Sığorta” ASC  haqqında ətraflı məlumatı http://www.aiic.az/lang,az/ saytından əldə edə bilərsiniz.